AZ

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9% artdı

BAKI, 12 sentyabr. TELEQRAF

2025-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9% artaraq 9 milyard 287,8 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumat görə, hüquqi şəxslər tərəfindən əhaliyə 6975,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1%-ni təşkil edib.

2025-ci ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 907,3 manatlıq və ya 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə nominal ifadədə 125,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Seçilən
34
3
teleqraf.com

7Mənbələr