AZ

İsrailin müdafiə nazirinə Türkiyədən şok videozəng gəlib

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin Qətərdə HƏMAS danışıqlar qrupuna hücumundan sonra türk sosial media istifadəçilərinin İsrailin Müdafiə naziri Yisrael Katza videozəngi milli mətbuatda yayılıb. Reyting.az xəbər verir ki, İsrailin dövlət televiziyası KAN “türk hakerlərin” Müdafiə nazirinə videozəng etdiyini, Katzın zəngə cavab verdiyini və “hakerlərin” zəngin fotolarını yayımladığını bildirib.Sosial şəbəkə istifadəçilərinin Katzın nömrəsini paylaşmasından sonra çoxsaylı təhdid mesajlarının gəldiyi iddia edilir. “Yedioth Ahronoth” qəzeti də Katzın cavab verdiyi videozəngin skrinşotunun sosial mediada paylaşıldığını bildirib. Katzın illərdir eyni telefon nömrəsindən istifadə etdiyi və bu nömrənin keçmişdə müxtəlif qruplarda yayıldığı qeyd olunur.Bu arada “WhatsApp” vasitəsilə Katza göndərilən mesajlardan biri xeyli diqqət çəkib. “Kanal 14”-ün məlumatına görə, ibrani dilində göndərilən mesajda “Katz, bunu heç vaxt unutma; sənin ölümün yaxındır. Biz Qəzzanın müdafiəçiləriyik; səni və ölkəni tarixdə dəfn edəcəyik”,- deyilir.Katz sosial mediada açıqlama verərək, telefonunda dünyanın müxtəlif ölkələrindən gələn mesajların və zənglərin qaldığını bildirib.V. QULİYEV Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
reyting.az

2Mənbələr