Bakı, 12 sentyabr, AZƏRTAC
İcma əsaslı məktəbəqədər qruplar 20 minə yaxın uşağı əhatə edir.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib.
Agentliyin direktoru bildirib ki, hədəf bu göstəricini 22 minə çatdırmaqdır.