Misli Premyer Liqasının IV turunda “Kəpəz” “Araz Naxçıvan”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itki ilə çıxacaq. Naxçıvan təmsilçisində Roman Maçado, “Kəpəz”də isə Ahmed Fofana zədə səbəbindən meydana çıxa bilməyəcək.
Hər iki komanda da cəzalı futbolçu yoxdur.
“Kəpəz” – “Araz Naxçıvan” matçı bu gün saat 17:45-də start götürəcək.