AZ

Ramil Usubov Bişkekdə Qırğızıstan Prezidenti ilə görüşdü

BAKI, 12 sentyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin dördüncü iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

Teleqraf xəbər verir ki, görüşdə Qırğızıstandan Baktıbek Bekbolotov, Azərbaycandan Ramil Usubov, Qazaxıstandan Gizat Nurdauletov, Türkiyədən Okay Memiş, Özbəkistandan Viktor Mahmudov və TDT-nin baş katibi Kubanıçbek Omuraliev iştirak edib.

Regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən terrorizm, kibertəhlükələrlə mübarizə və türk ölkələri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr