AZ

Bu ilin ilk yarısında Azərbaycanda 1 510 əkiz, 63 üçəm doğulub

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

Bu ilin ilk altı ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən 45 min 616 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 9-a düşüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Doğulan körpələrdən 1 510-u əkiz, 63-ü isə üçəm olub. Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (11,4), Lənkəran-Astara (11), Qarabağ və Şərqi Zəngəzur (10,6), Mil-Muğan (10,3), Şirvan-Salyan (10,1), Quba-Xaçmaz və Mərkəzi Aran (9,9), Qazax-Tovuz (9,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (9) yüksək olub.

Onu da qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində ölkədə 29 min 400 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
4
yeniavaz.com

10Mənbələr