AZ

Zərdabda qaçırılan 22 yaşlı qızın anası danışdı

Zərdab rayonunda 22 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Hadisə rayonun Məmmədqasımlı kəndində baş verib.

Kənd sakini, 22 yaşlı qız həmkəndlisi İzzət Rəhmanoğlu tərəfindən qaçırılıb. Hadisə baş verən zaman ailə üzvləri evdə olub.

Məlumata görə, hadisə ilə əlaqədar İzzət Rəhmanoğlu, onun qardaşı 1996-cı il təvəllüdlü İsmət Rəhmanoğlu və onun 1968-ci il təvəllüdlü anası da saxlanılıb.

Modern.az-ın məlumatına görə, qaçırılan qızın anası baş verən hadisə barədə ətraflı məlumat verib:

“Mən aşağıda idim. Birdən qızımın çığırtısını eşitdim. Elə bildim, kimsə dalaşır. Balaca nəvəm də o biri tərəfdə idi. Qaça-qaça gəldim, gördüm ki, qızım qışqırır: “Ay ana, məni apardılar”- deyə səs gəlirdi. Gördüm ki, oğlan qaçır”.

O, qızını qaçıran şəxsin tək olub-olmadığını görmədiyini deyib. Qızın anası oğurlayan şəxsin anasının onu çox sıxdığını və hazırda da qızının bədənində ağrıların olduğunu deyib.

Xatırladaq ki, sentyabrın 11-də İzzət Rəhmanoğlunun anası, qardaşı və qızın bacısı da şübhəli şəxs qismində saxlanılıb. Hər üç şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Seçilən
21
1
modern.az

2Mənbələr