AZ

Faktiki hava açıqlanıb

Sentyabrın 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dolu düşüb. Yüksək dağlıq ərazilərə – Şahdağ, Laçın və Kəlbəcərdə isə qar yağıb.

Düşən yağıntının miqdarı Qusarda 71, Qubada 63, Sarıbaşda (Qax) 49, Qəbələdə 40, Kürdəmirdə 30, Gədəbəydə 28, Zərdabda 25, Ağdam və Oğuzda 23, Xınalıqda 20, Şəkidə 19, İsmayıllıda 18, Naxçıvanda 16, Bərdə və Yevlaxda 15, Şabran, Beyləqan və Tərtərdə 14, Naftalan və Şahbuzda 13, Daşkəsəndə 12, Xaltan, Şamaxı və Göygöldə 11, Ağsu, Zaqatala, Altıağac, Göyçay, Mingəçevir, Balakən, Şərur, Gəncə, İmişli, Qobustan, Culfa, Tovuz, Şəmkir, Sabirabad, Goranboy, Sədərək, Qrız, Ordubad, Lerik, İsmayıllı, Ceyrançöl, Cəlilabad, Biləsuvar, Qubadlı, Şuşa, Xocalı, Füzulidə 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb.

Yağan intensiv leysan yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.

Sentyabrın 11-də Gədəbəy rayonunun Söyüdlü kəndinə diametri 4-6 mm olan dolu düşüb.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 28, Naftalan və Neftçalada 20, Culfada 19, Sabirabadda 17, Şamaxı və Yevlaxda 16 m/s-dək güclənir.

Seçilən
38
49
7times.az

10Mənbələr