AZ

Çürümüş meyitləri tapılan ana və qızının qatili 16 yaşlı oğlu çıxdı - FOTOlar

Kocaelinin Gebze rayonunda evlərində çürümüş meyitləri tapılan ana və 5 yaşlı qızının öldürülməsi işi üzrə 16 yaşlı M.İ.G. saxlanılıb.

Milli.Az-ın yerli mətbuata istinadən məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, şübhəli qadının 2017-ci ildə vəfat etmiş həyat yoldaşından olan oğludur.

Hadisə Gebze rayonunun Beylikbağı məhəlləsində yerləşən bir binanın üçüncü mərtəbəsində baş verib. Qonşuların evdən gələn pis qoxuya görə xəbər verməsi ilə hadisə yerinə səhiyyə, yanğınsöndürmə və polis qrupları çağırılıb.

Evə balkondan daxil olublar

Qapının bağlı olması səbəbindən xilasedicilər balkondan daxil olub və ana Dursune Bilgili (50) və qızı Havva Nur Anzerli (5) hərəkətsiz vəziyyətdə tapılıb. İlk təhlillərə görə, ana və qız təxminən 8-10 gün əvvəl ölüblər.

Qatil özü oğludur

Araşdırması nəticəsində məlum olub ki, cinayəti Dursune Bilgilinin 18 yaşdan kiçik oğlu M.İ.G. törədib. O, Kadıköy Moda Sahilində tutulub.

16 yaş, 23 cinayət qeydi

Saxlanılan şübhələnin qadının əvvəlki həyat yoldaşından olan oğlu olduğu müəyyən edilib. O da məlum olub ki, qatil narkotik aludəçisidir və adında 23 cinayət qeydiyyatıvar. O, əvvəl anasını, sonra isə ögey bacısını bıçaqlayaraq öldürdüyünü etiraf edib.

Faktla bağlı araşdırma davam etdirilir.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
20
3
milli.az

4Mənbələr