AZ

Qara Dəniz Ticarət və İnkişaf Bankı Bank Respublika ya 25 milyon manat məbləğində kredit ayırıb

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Bakı, 12 sentyabr 2025-ci il – Azərbaycanın

maliyyə sektorunda mühüm yer tutan və real sektorun inkişafına davamlı dəstək

göstərən aparıcı maliyyə institutlarından biri olan Bank

Respublika ilə regionun nüfuzlu beynəlxalq maliyyə

qurumlarından olan Qara Dəniz Ticarət və İnkişaf Bankı

(BSTDB) arasında yeni maliyyə sazişi imzalanmışdır.

Sazişə əsasən, beynəlxalq

maliyyə qurumu Banka 3 il müddətinə 25 milyon manat məbləğində kredit ayıracaq

və vəsait milli valyutada təqdim ediləcək.

""Milli valyutada kreditləşmə kiçik və orta

sahibkarlığın dəstəklənməsinin ən səmərəli yollarından biridir. Bu,

sahibkarlara valyuta risklərinin yükü olmadan davamlı və inamlı şəkildə böyüməyə

imkan yaradır. Bank Respublika ilə bu əməkdaşlıq yalnız tərəfdaşlığımızda yeni

mərhələ deyil, həm də Azərbaycanın qeyri-neft iqtisadiyyatının gücləndirilməsi

istiqamətində strateji addımdır. Birlikdə biz sahibkarlar üçün daha geniş

imkanlar yaradır, innovasiyaları dəstəkləyir və uzunmüddətli iqtisadi dayanıqlığa

töhfə veririk. BSTDB, ölkə üzrə dayanıqlı inkişaf və rifahı təşviq etməkdə Bank

Respublika ilə yanaşı addımlamaqdan qürur duyur.”– deyə BSTDB prezidenti Dr. Serhat Köksal bildirib.

 "Bu vəsait "Bank Respublika”nın ölkə

iqtisadiyyatında kiçik və orta sahibkarlığın (KOB) maliyyə imkanlarını genişləndirməklə

onların dayanıqlı inkişafına,  qeyri-neft

sektorunun gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və  yeni biznes təşəbbüslərinin dəstəklənməsinə

xidmət edəcək. "Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb

olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən

sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır. Biz Qara Dəniz Ticarət və

İnkişaf Bankına əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb olunan vəsaitlər

real sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın kredit dəstəyini gücləndirməyə

və bununla da ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.” deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel

İsmayılov bildirib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
9
azxeber.com

10Mənbələr