AZ

Antoni Marsial Serxio Ramosla komanda yoldaşı olacaq

ain.az, sport24.az saytına istinadən bildirir.

Fransalı futbolçu Antoni Marsial karyerasını Meksikada davam etdirmək qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, "Mançester Yunayted"in keçmiş hücumçusu AEK-dən ayrılıb və "Monterrey"lə ortaq məxrəcə gəlib.

Yunan klubu artıq futbolçuya tibbi müayinədən keçmək üçün Meksikaya uçmağa icazə verib. Ortaya hər hansı problem çıxmasa, marsial "Real"ın sabiq müdafiəçisi Serxio Ramosla komanda yoldaşı olacaq.

Qeyd edək ki, Marsial ötən mövsüm Yunanıstan çempionatında 19 oyun keçirib və 7 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
sport24.az

1Mənbələr