AZ

Daha Rusiyanın kiçik qardaşı deyilik-XARİCİ İŞLƏR NAZİRİ

Ermənistan artıq Rusiyanın kiçik qardaşı deyil.

Xəbər verilir ki, bu bəyanatı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına müsahibəsində səsləndirib.

“İndi Rusiya ilə tamamilə fərqli münasibətlər mövcuddur. Rusiya-Ermənistan münasibətləri daha böyük-kiçik qardaş kimi deyil, sadəcə tərəfdaşlıq münasibətləridir. Son dörd ildə biz buna nail olmağa çalışırdıq”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Ermənistan öz iqtisadiyyatını diversifikasiya edə bilib. Xaçaturyan həmçinin Moskvanın Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə alacağına ümid etdiyini bildirib.


Seçilən
42
50
azia.az

10Mənbələr