AZ

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
 
Qeyd edək ki, sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.
 
Qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yol sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir. /Report.az/
 
Seçilən
48
11
moderator.az

10Mənbələr