Britaniya şahzadəsi Harri Kiyevə gedəcək.
Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Məlumata görə, o, Ukraynanın Baş naziri Yuliya Svırıdenko ilə görüşəcək. Səfər zamanı Şahzadə Harri və onun təsis etdiyi Invictus Games Fondunun komandası Ukrayna Silahlı Qüvvələrinin yaralı hərbçilərinin reabilitasiyasına dəstək təşəbbüslərini müzakirə etməyi planlaşdırır. Bu ilin aprelində Böyük Britaniya kralı III Çarlzın kiçik oğlu Ukraynanın qərbində yerləşən Lvov vilayətində xəstəxanaya baş çəkib.
Şahzadə Harri və onun amerikalı həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında Britaniya kral ailəsinin yüksək səviyyəli üzvləri statusundan imtina etməyə qərar veriblər. Bununla onlar monarxı səfərlərdə rəsmi təmsil etmək, digər mərasim vəzifələrini yerinə yetirmək və “Əlahəzrətləri” titulundan istifadə etmək imkanını itiriblər. Sonradan ABŞ-yə köçən cütlük Kaliforniya ştatının Santa-Barbara şəhərində ev alıb. Burada onların oğlu Arçi və qızı Lilibet Diana böyüyür.