Bakı. Trend:
İstifadəyə verildiyi tarixdən bugünədək “mygov” istifadəçilərinsayı 1,68 milyona çatıb.
Bu barədə Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanındaİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbərverir.
Bildirilib ki, ötən müddət ərzində platformada vətəndaşlaragöstərilən rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənib.
"33 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb.Hazırda platformada ümumilikdə 386 rəqəmsal xidmət mövcuddur.Platformada rəqəmsal formada təqdim olunan məlumatların sayı isə69-dur", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün yenilənmiş “mygov” platformasınınistifadəyə verilməsindən bir il keçir.