Olaylar.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırarkən hadisənin dronların idarəetmədən çıxması nəticəsində baş verdiyini ehtimal edib: "Eşitdiyim o idi ki, onlar vurulan zaman bir az nəzarətdən çıxıblar.
Amma buna baxmayaraq, bəli, mən hətta onların Polşa sərhədinə yaxın olmasını belə qınayıram. Bunu bəyənmirəm. Mən bundan, bütün bu vəziyyətdən razı deyiləm" .
Qeyd edək ki, hadisədən sonra Polşanın baş naziri Donald Tusk Ukrayna ilə birlikdə dron əleyhinə mübarizə sistemi yaradacaqlarını bəyan edib. Eyni zamanda Polşa dronların ölkə ərazisinə Belarusdan daxil olduğunu nəzərə alaraq onunla bütün sərhəd-keçid məntəqələrini bu gündən tam bağlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31