AZ

Zənginləşdirilmiş uran anbarı bombalanmış obyektlərin altında qalıb Nazir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Ərakçi ölkəsinin zənginləşdirilmiş uran ehtiyatının iyun ayında İsrail və ABŞ-ın nüvə obyektlərinə hücumları nəticəsində dağıntılar altında qaldığını bildirib.

Bizimyol.info xəbər verir ki, XİN rəhbəri bu barədə dövlət televiziyasında yayımlanan proqramda danışıb.

"Nüvə materiallarımıza aid hər şey bombalanan obyektlərə edilən hücumlar nəticəsində dağıntılar altında qalıb. Hazırda bu materialların mövcudluğu və bəzilərinin vəziyyəti İranın Atom Enerjisi Təşkilatı tərəfindən qiymətləndirilməkdədir", - deyə İranın uran anbarının yeri ilə bağlı danışarkən nazir qeyd edib.

Ərakçi bildirib ki, bu qiymətləndirmə başa çatdıqdan sonra hesabat İran Ali Milli Təhlükəsizlik Şurasına təqdim olunacaq və o, İranın təhlükəsizlik narahatlıqlarını nəzərə alaraq gələcək addımlara qərar verəcək. Nazir BMT sanksiyalarının bərpa ediləcəyi təqdirdə İranın cavabının qəti olduğunu ifadə edərək: "Bu cavabın forma və növünə Ali Milli Təhlükəsizlik Şurası qərar verəcək. Bu məsələ bu gün ölkənin xarici siyasətində ən mühüm məsələlərdən birinə çevrilib və xüsusi olaraq Ali Milli Təhlükəsizlik Şurasının səlahiyyətinə aiddir", - deyə bildirib.

Bu vəziyyətdə İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NSYM) çıxma ehtimalı ilə bağlı Ərakçi deyib: “Zaman zaman bu müqavilədən çıxmaq məsələsi variantlardan biri kimi gündəmə gətirilib, lakin İran İslam Respublikasının maraqları yalnız NSYM-dən çıxmaq variantları ilə məhdudlaşmır”.

Ötən gün Qahirədə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə imzalanan razılaşma haqqında da məlumat verən Erakçi, bu mərhələdə heç bir yoxlamaya icazə verilmədiyini və gələcək yoxlamalar üçün əlavə danışıqlar və Ali Milli Təhlükəsizlik Şurasının təsdiqini tələb edəcəyini bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
bizimyol.info

1Mənbələr