Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarətşəbəkəsində istehlakçılara 2,453 milyard manatlıq avtomobil benzinivə dizel yanacağı satılıb.
Trend bu barədə Dövlət Statistika Komitəsindənməlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 7,9% çoxdur.
Avtomobil benzini və dizel yanacağı üzrə ticarət dövriyyəsininyekunda xüsusi çəkisi 6,1% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında pərakəndə ticarətşəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilinyanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsireal ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütünməmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə 6,7% artıb.