AZ

AFP: Nepalda iğtişaşlarda ölənlərin sayı 50-ni ötüb

Nepalda baş verən kütləvi iğtişaşlar nəticəsində 50-dən çox adam ölüb.

NOCOMMENT.az bildirir ki, bu barədə Agence France-Presse polisə istinadən xəbər verir.

Daha əvvəl toqquşmalarda 34 nəfərin öldüyü bildirilirdi. Hüquq-mühafizə orqanlarının yenilənmiş məlumatlarına görə, 51 nəfər həlak olub. 1,3 mindən çox insan xəsarət alıb.

Katmandu və Nepalın digər şəhərləri bu həftənin əvvəlində korrupsiyaya qarşı etirazlar və sosial mediaya qoyulan qadağa baş nazir Şarma Olinin istefasına səbəb olduqdan sonra iğtişaşlarla üzləşib. Etirazlara əsasən tələbələr və Gen-Z gənclər hərəkatının fəalları rəhbərlik edirdi. Etirazçılar hökumət binalarını, o cümlədən parlament, Ali Məhkəmə və prokurorluq binalarını yandırıb, siyasətçilərin və məmurların evlərinə hücum ediblər. Ölkədə komendant saatı tətbiq edilib.

Sentyabrın 9-da etirazlar fonunda hökumət sosial şəbəkələrə qoyulan qadağanı ləğv etdi. Sentyabrın 10-da ölkə ordusu müvəqqəti hökumət qurmaq üçün Gen-Z hərəkatının və digər siyasi qüvvələrin nümayəndələri ilə danışıqlara başlayıb.

Seçilən
27
1
nocomment.az

7Mənbələr