AZ

ING Azərbaycanda ÜDM artımı ilə bağlı 2028-ci ilə qədər olan proqnozlarına açıqlayıb

Bakı. Trend:

Niderlandın ING bank qrupu yaxın illər üçün Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu dərc edib.

Bu barədə Trendxəbər verir.

Sənədə əsasən, 2025 və 2026-cı illərdə Azərbaycanda iqtisadiartım müvafiq olaraq 2,2 faiz və 2,5 faiz təşkil edəcə. 2027-ciildə isə artım tempinin 2 faizə qədər zəifləyəcəyi gözlənilir.

ING-nin qiymətləndirməsinə görə, rüblər üzrə bölgüdə 2025-ciilin dördüncü rübündə Azərbaycanın ÜDM artımı 4,5 faiz təşkiledəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsininməlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda83 milyard manat dəyərində ümumi daxili məhsul istehsal olunub ki,bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri-neft-qazsektorunda isə 2,6 faiz artım qeydə alınıb. ÜDM-in strukturunda34,9 faiz sənayenin, 10,3 faiz ticarət və nəqliyyat vasitələrinintəmiri, 7,1 faiz nəqliyyat və anbar təsərrüfatı, 6,3 faiz kəndtəsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, həmçinin tikinti, 2,8faiz turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizinformasiya və rabitə sahəsinin, 20,7 faiz isə digər sektorlarınpayına düşüb. Məhsul və idxal üzrə xalis vergilər ÜDM-in ümumihəcminin 9,8 faizini təşkil edib.

Məqalədə:
Seçilən
77
az.trend.az

1Mənbələr