Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
Son zamanlar bankların bir çoxu stimullaşdırıcı layihələrə son verib. Bu vəziyyət “keşbek” kartlarında özünü daha aydın büruzə verir.Məsələn, “Rabitəbank” ASC 1 sentyabr 2025-ci il tarixdən Kartmane kartlarında bəzi limitlər tətbiq edib və keşbek qaydalarını sərtləşdirib.Hansı dəyişikliklər edilib?Belə ki, “Kartmane Debet” kartı üzrə komissiyasız Card to Card və ATM nağdlaşdırma üzrə aylıq limit 2000, terminaldan fiziki şəxslərin hesablarına komissiyasız mədaxil limiti 1000 manat təyin olunub. Üstəlik, Kartmane Yaşıl Debet kartı üzrə keşbek faizləri YDM-lər üçün 1,5 %, restoranlar üçün 2%, sığorta ödənişlərində isə 1% nəzərdə tutulur.Bundan əlavə, keşbek faizləri YDM və restoran kateqoriyalarında yalnız Apple Pay və GooglePay ödənişlərinə şamil olunur. Bütün “Kartmane” kartları üzrə yalnız 10 manat və daha yüksək olan ödənişlərdə keşbek qazanma inkanı verilir.Göründüyü kimi “Rabitəbank” ASC həm komissiyasız nağdlaşdırma, həm də kartlara
komissiyasız mədaxil limitində və keşbeklərdə sərt addımlar atıb.Bu da bankın müştəriləri tərəfindən birmənalı qarşılanmayıb.Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtsadçılar Mərkəzinin sədri Akif Nəsirli “Rabitəbank”ın sözügedən addımı atmasının səbəblərindən söz açıb:“Rabitəbank”ın bu elan göstərir ki, 1 sentyabr 2025-dən etibarən Kartmane kartlarında bəzi limitlər və keşbek qaydaları sərtləşdirilir. Yəni əvvəllər daha geniş imkanlar vardısa, indi limitlər azaldılıb və keşbek qazanmaq yalnız müəyyən şərtlərlə mümkün olacaq. Bankların bu cür addımlarının bir neçə əsas səbəbi var.
Birincisi, xərclərin idarə olunması baxımından komissiyasız əməliyyatlar və yüksək keşbek faizləri bank üçün xərc deməkdir. Müştərilərin sayı artdıqca bu xərclər də böyüyür, bank isə gəlirliliyini qorumaq üçün şərtləri sərtləşdirir.Digər tərəfdən, çox vaxt müştərilər “kartdan karta” və ya nağdlaşdırma əməliyyatlarından sui-istifadə edir, bu isə bankın əsas gəlir modelinə zərər vurur. Ona görə aylıq limitlər qoyulur.
Keşbekin yalnız Apple Pay və Google Pay ilə edilən ödənişlərdə keçərli olması, bankın bu texnologiyalardan istifadəni təşviq etməsi ilə bağlıdır. (daha təhlükəsiz və izlənilən əməliyyatlar)”.Müsahibimiz onu da qeyd edir ki, son illərdə təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində banklar keşbek və bonus proqramlarını azaldır:
“Çünki ilkin mərhələdə bu kampaniyalar müştəri cəlbi üçün idi, bazar dolduqdan sonra isə şərtlər sərtləşdirilir. Maliyyə monitorinqi, “kölgə əməliyyatları”nın qarşısının alınması üçün bəzi limitlər məcburiyyət halına gətirilir.Yəni, sadə dillə desək, ilk illərdə banklar müştərini cəlb etmək üçün daha sərfəli güzəştlər təqdim edir, bazarı tutduqdan sonra isə gəlirliliyi artırmaq üçün bu güzəştləri azaldırlar”.Məsələ ilə bağlı “Rabitəbank” ASC -nin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Bankın səlahiyyətli nümayəndələri zənglərimizə cavab vermədi.Surxay Atakişiyev, Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.