AZ

Dünya fond bazarlarında əsas indekslərdə artım davam edib

Dünya

ABŞ və Avropa fond bazarlarında əsas indekslərdə artım davam edir.

APA-Economics xəbər verir ki, sentyabrın son həftəsinin ticarət sessiyasında ABŞ birjalarında əsas indekslər yüksəlib.

Dow Jones Industrial Average 1,36% artaraq 46 108,00 bənd, S&P 500 indeksi 0,85% qalxaraq 6 587,47 bəndə, Nasdaq Composite isə 0,72% yüksələrək 22 043,07 bəndə çatıb. NYSE Composite 1,12% artımla 21 533,64 bənd, Kanadanın S&P/TSX Composite indeksi isə 0,78% artaraq 29 407,89 bənd təşkil edib.

Avropa bazarlarında da müsbət dinamika müşahidə olunub. FTSE 100 indeksi 0,78% artaraq 9 297,58 bənd, DAX indeksi 0,30% qalxaraq 23 703,65 bənd, CAC 40 indeksi isə 0,80% artımla 7 823,52 bənd olub. Euro Stoxx 50 indeksi 0,47% artaraq 5 386,77 bəndə, İspaniyanın IBEX 35 indeksi isə 0,68% yüksələrək 15 321,30 bənd səviyyəsinə çatıb.

Analitiklərin fikrincə, ABŞ bazarlarında artım əsasən texnologiya sektorunda aktiv ticarətlə bağlı olub. Nasdaq-ın yüksəlişi “big tech” şirkətlərinin səhmlərinə marağın güclənməsi ilə izah edilir. Eyni zamanda, investorların inflyasiya göstəricilərinə dair müsbət gözləntiləri və FED-in faiz dərəcələrinə daha sərt yanaşmamasına dair ehtimallar bazara dəstək verib.

Avropada isə enerji qiymətlərində sabitlik və iqtisadi geriləmə ilə bağlı risklərin qismən azalması fonunda investorların risk iştahı artıb. Xüsusilə İspaniyanın IBEX 35 indeksindəki güclü yüksəliş bank sektorunda gəlirliliyin artması ilə əlaqələndirilir. Almaniyanın DAX indeksi isə zəif artım nümayiş etdirib, çünki sənaye sektorunda bərpa prosesi hələ də tam güclü deyil.

Ümumilikdə, həm ABŞ, həm də Avropa bazarlarında artım qlobal iqtisadiyyatda sabitləşmə gözləntilərinin fonunda formalaşıb.

Seçilən
17
1
xalqcebhesi.az

2Mənbələr