AZ

Rusiya BU DÖVLƏTLƏ strateji təlimlərə BAŞLADI

Belarus və Rusiya silahlı qüvvələrinin “Zapad-2025” birgə strateji təlimləri başlayıb.

APA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər hər iki ölkənin poliqonlarında və Baltik və Barents dənizlərinin sularında keçiriləcək.


"Bu il sentyabrın 12-də Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin "Zapad-2025" birgə strateji təlimləri başlayıb. Bu təlim iki ölkənin silahlı qüvvələrinin cari ildə birgə təlimlərinin yekun mərhələsidir", - məlumatda deyilir.





Seçilən
25
5
azia.az

6Mənbələr