AZ

Braziliya məhkəməsi sabiq prezidentə ağır cəza kəsdi; ABŞ sanksiyaları gözlənilir...  

Braziliya Federal Ali Məhkəməsi (STF) ölkənin keçmiş prezidenti Jair Bolsonaronu 27 ildən artıq həbs cəzasına məhkum edib.

Musavat.com xəbər verir ki, onun tərəfdarlarına da 20 il və daha yuxarı həbs cəzası kəsilib.

ABŞ prezidenti Donald Tramp bir neçə dəfə Braziliya hakimiyyətini Bolsonaruya qarşı məhkəmə prosesinin dayandırmağa çağırıb, hətta Braziliya Ali Məhkəməsinin hakimlərinə sanksiya tətbiq edilib.

Braziliyanın hazırkı prezidenti Luiz İnasio Lula da Silva yerli "Band" telekanalına müsahibəsində bildirib ki, ABŞ-ın bu qərardan sonra yeni sanksiyalar tətbiqi ehtimalından qorxmur: "Heç bir narahatçılıq yoxdur. Mən qorxmuram. Bir ölkənin prezidenti digər suveren dövlətin qərarlarına qarışa bilməz. Əgər o, hər hansı addım atmaq qərarına gəlsə, bu, yalnız onun problemi olacaq".

Lula da Silva onu da vurğulayıb ki, Bolsonaronun 2023-cü ilin yanvarında respublikanın hazırkı liderinin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün həqiqətən də dövlət çevrilişi təşkil etmək niyyətində olduğuna şübhə yoxdur: “Keçmiş prezident bütün səlahiyyət müddəti ərzində demokratik institutları nüfuzdan salıb”.

Musavat.com

Seçilən
39
1
musavat.com

2Mənbələr