AZ

Polşa Avropada gərginliyi artırmağa çalışır Zaxarova

Olke.az saytına istinadən ain.az xəbər verir.

Rusiya Federasiyası Polşanı Belarusla sərhədin bağlanmasının nəticələri barədə düşünməyə və qərara tez bir zamanda yenidən baxmağa çağırır.  

"Ölkə.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz Varşavanı bu cür dağıdıcı addımların nəticələri barədə düşünməyə və qərara mümkün qədər tez yenidən baxmağa çağırırıq", XİN rəsmisi qeyd edib.

O iddia edib ki, Polşa rəhbərliyinin Belarusla sərhədi bağlamaq qərarı Varşavanın beynəlxalq tərəfdaşlarına ciddi ziyan vuracaq: "Polşanın birtərəfli hərəkətləri onun Polşa-Belarus sərhədindən ticarət üçün istifadə edən beynəlxalq tərəfdaşlarına ciddi ziyan vuracaq. Eyni zamanda həm Polşanın müttəfiq ölkələrindən olan sahibkarlar, həm də milli bizneslər Varşavanın hazırkı hakimiyyətinin siyasi ambisiyalarının qurbanı olacaqlar".

Zaxarovanın hesab edir ki, Polşa rəhbərliyi Belarusla sərhəddəki keçid məntəqələrini bağlamaqla Avropanın mərkəzində gərginliyin daha da artması siyasətinə haqq qazandırmaq istəyir: “Aydındır ki, Polşa rəhbərliyinin atdığı qarşıdurma addımları bir vəzifəyə - Avropanın mərkəzində gərginliyin daha da artması siyasətinə haqq qazandırmağa tabedir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
2
olke.az

6Mənbələr