AZ

Meksika yığmasının qolkiperi Kipr klubu ilə müqavilə bağlayacaq

ain.az, sport24.az saytına istinadən bildirir.

Meksika millisinin qapıçısı Gilyermo Oçoa AEL ilə anlaşmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə Kipr klubunun mətbuat xidməti məlumat yayıb.

 40 yaşlı meksikalı tibbi müayinədən uğurla keçəcəyi halda Kipr klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, bu ayın əvvəlində "Marca" qəzeti Oçoanın "Burqos"la danışıqlardan qaçdığını yazmışdı. O, sənədləri imzalamazdan əvvəl qəhvə içmək adı ilə ofisindən çıxıb, sonra şəhəri tərk edib və telefonlarına cavab verməyi dayandırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
sport24.az

1Mənbələr