
Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnın yol-nəqliyyat hadisəsi baş verib.
Reyting.az "Report"a istinadla bildirir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində dünyalarını dəyişiblər.
Qeyd edək ki, qəzada həyatı itirənlərdən 2 nəfər polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.