AZ

"İrəvan Moskvanın "kiçik qardaşı" olmaqdan çıxıb" - Ermənistan prezidenti

"Moskva İrəvanı “kiçik qardaş” kimi qəbul etməyi dayandırıb və onu bərabərhüquqlu tərəfdaş hesab edir".

Adalet.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyir. 

"Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaşın münasibətinə bənzəmir, sadəcə tərəfdaşlıqdır. Ermənistan Rusiyanın “kiçik qardaşından” tərəfdaşa çevrilib. Biz son dörd ildə real olaraq nəyə nail olmağa çalışırıq", - deyə Xaçaturyan bildirib.

O əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə işləyir və eyni zamanda Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirir, çünki bu, şaxələndirilmiş iqtisadiyyat konsepsiyasına uyğundur.

Seçilən
29
6
adalet.az

7Mənbələr