AZ

Qətərin baş naziri Trampla İsrailin Doha hücumunu müzakirə edəcək

Bakı. Trend:

Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani cümə günüABŞ-yə səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə "Politico" nəşri mənbələrəistinadən xəbər verib.

Məlumata əsasən, baş nazir ABŞ prezidenti Donald Tramplaİsrailin Qətər ərazisinə endirdiyi zərbə və Qəzza zolağında atəşkəsdanışıqlarının vəziyyəti ilə bağlı məsələləri müzakirə etməyiplanlaşdırır.

Bildirilib ki, görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, ABŞprezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ dövlət katibiMarko Rubio da iştirak edəcək.

Nəşrin mənbələri qeyd edib ki, Ağ Ev İsrailin hərəkətlərini“barbarlıq” adlandıran qətərliləri “sakitləşdirməyə” çalışır.

Bildirilib ki, İsrailin Qətərə zərbə endirməsindən sonra Amerikaadministrasiyasının İsrailin baş naziri Benyamin Netanyahudanməyusluğu daha da artıb.

Seçilən
14
az.trend.az

1Mənbələr