Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycan ilə İraq arasındaticarət əməliyyatlarının həcmi 13,9 milyon ABŞ dolları təşkiledib.
Trend-in DövlətGömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilineyni dövrü ilə müqayisədə 351 min ABŞ dolları və ya 2,5 faizazdır.
Hesabat dövründə İraqla ticarət əməliyyatları Azərbaycanın ümumixarici ticarət dövriyyəsinin 0,05 faizini təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İraqa 12,7 milyondollar ixrac edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,2milyon dollar azdır. Eyni zamanda, 2025-ci ilin yanvar-iyulaylarında İraqdan Azərbaycana idxal 1,6 milyon dollar təşkil edibki, bu da illik müqayisədə 1 milyon dollar azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan 28,8milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatı həyatakeçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,25 faiz çoxdur.İxrac 15,2 milyard dollar, idxal isə 13,6 milyard dollar təşkiledib. Belə ki, illik ifadədə ixrac 5,4 faiz azalıb, idxal isə 26,1faiz artıb.
Nəticədə xarici ticarətin müsbət saldosu 1,6 milyard dollartəşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3dəfə azdır.