AZ

Netanyahu: Fələstin dövlətinin yaradılmasına icazə verməyəcəm

İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasının qarşısını almaq üçün verdiyi vədi yerinə yetirəcəyini bir daha bəyan edib.

 

Senzor.az bildirir ki, bu barədə o, İordan çayının qərb sahilinə səfəri zamanı danışıb.

 

"Fələstin dövlətinin olmayacağına dair vədimizi yerinə yetirəcəyik. Bu yer bizə məxsusdur. Biz irsimizi, torpağımızı və təhlükəsizliyimizi qoruyacağıq", - deyə o bildirib.

 

Qeyd edək ki, avqust ayında İsrail Mülki Administrasiyasının planlaşdırma komitəsi İordan çayının qərb sahilində genişmiqyaslı yeni qəsəbələrin tikintisini nəzərdə tutan E1 Layihəsini təsdiqləyib.

Seçilən
22
10
senzor.az

10Mənbələr