BAKI, 12 sentyabr. TELEQRAF
Ümid edirəm ki, İsrailin Qətərdə HƏMAS liderlərini hədəf alan zərbəsi girovların azad edilməsi səylərinə təsir etməyəcək.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Ev qarşısında jurnalistlərə deyib.
“Biz girovların tezliklə azad edilməsini istəyirik. Ümid edirəm ki, zərbə buna təsir etməyəcək” - Trampbildirib.