AZ

Kapitanın dizinin çarpaz bağları qopdu, uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

Azərbaycan U-21 milli komandasının heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, kapitan Ayxan Süleymanlı sıradan çıxıb.

"Sumqayıt"ın müdafiəçisi Avro-2027-nin seçmə mərhələsinin 2-ci turunun Bakıda Bolqarıstanla keçirilən matçında (1:1) zədələnib. 21 yaşlı futbolçu ilk hissənin son dəqiqələrində dizindən zərbə alıb.

Ayxanın zədəsi ciddidir. Gənc sol cinah müdafiəçisinin dizinin çarpaz bağları qopub.

O, əməliyyat olunacaq. Futbolçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Ayxan Süleymanlı 2023-cü ilin yayında "Zirə"dən "Sumqayıt"a keçib. O, cari mövsümdə "kimyaçılar"ın heyətində Premyer Liqada 3 matçda meydana çıxıb.

Seçilən
26
sportinfo.az

1Mənbələr