AZ

Ağır xəstə olan Bryus Uillisin həyat yoldaşından etiraf: "Evliliyimin dağıldığını hiss edirdim"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağır xəstə olan məşhur aktyor Bryus Uillisin həyat yoldaşı Emma Heminq-Uillis ərinə xəstəlik diaqnozu qoyulmamışdan əvvəl ondan boşanmaq istədiyini etiraf edib.
Oxu.Az bildirir ki, bu barədə o, "Vanity Fair" jurnalına müsahibəsində danışıb.
Emma Heminq-Uillis ərinə demensiya diaqnozu qoyulmamışdan əvvəl "evliliyinin dağıldığını" hiss etdiyini bildirib. Onun sözlərinə görə, o an anlayıb ki, əri artıq əvvəl olduğu kimi deyil.
"Mən onda düşünürdüm ki, nə baş verir? O, mənim ailə qurduğum adam deyil. Burada yolunda getməyən nəsə var. Və mən sadəcə olaraq bunun məhz nə olduğunu anlaya bilmirdim. İndi həyatımızın o dövrünü xatırlamaq mənim üçün çox çətindir", - deyə o qeyd edib.
Aktrisanın sözlərinə görə, diaqnoz qoyulduqdan sonra özünü itirib, o zaman çox qəzəbli və kədərli olub.
"Mənə nəyə və kimə əsəbiləşdiyimi ayırd etmək çox çətin idi. Mən sadəcə olaraq, heç də yaxşı əhvalda deyildim. Və bu, Bryusun xeyrinə olmadı, uşaqlarımızın xeyrinə olmadı, bu, heç kimin, xüsusən də mənim xeyrimə olmadı", - deyə o əlavə edib.
Qeyd edək ki, Bryus Uillisin aktrisa Demi Murdan üç övladı var. Onlar Rumer, Tallula və Skaut adlı qızlarını böyüdüblər. Sənətçilər 1987-ci ildən 2000-ci ilə qədər təxminən 13 ilə yaxın evli olublar. Boşandıqdan sonra 2009-cu ildə Bryus Uillis özündən 23 yaş kiçik model Emma Heminqlə ailə həyatı qurub. Onlar iki qız böyüdürlər: Meybel Rey və Evelin Penn.
2023-cü ilin fevral ayında Bryus Uillisin ailəsi aktyorda alın-gicgah demensiyasının yarandığını açıqlayıb. Bu xəstəlik koqnitiv (idrak) bacarıqların tədricən itirilməsinə gətirib çıxarır.
Seçilən
8
1
oxu.az

4Mənbələr