AZ

Ermənistan artıq Rusiyanın “kiçik qardaşı” deyil — Prezident Xaçatryandan sensasion açıqlama

Musavat.com xəbər verir ki, Ermənistan Prezidenti Vaagn Xaçatryan Rusiyaya dair sensasion bəyanatla çıxış edib.

O, RTVI-yə verdiyi müsahibəsində bildirib ki, Ermənistan artıq Moskvadan asılı “kiçik qardaş” statusunda deyil və indi Rusiya ilə münasibətləri tamhüquqlu tərəfdaşlıq əsasında qurur.

“Hazırda Rusiya ilə münasibətlər həqiqətən də tərəfdaşlıq üzərində qurulub. Bu, son dörd ildə bizim çalışdığımız məqsəd idi”, — deyə Xaçatryan qeyd edib.

Prezident vurğulayıb ki, İrəvan Moskvanın Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə alacağına ümid edir. Bununla yanaşı, o, Ermənistanın iqtisadi baxımdan hələ də Rusiyadan asılı olduğunu etiraf edib. Lakin Xaçatryanın sözlərinə görə, Moskva da müəyyən dərəcədə Ermənistandan asılıdır və bu qarşılıqlı əlaqələr balanslı tərəfdaşlıq formatına çevrilməlidir.

Ekspertlər hesab edirlər ki, Ermənistan rəhbərliyinin bu cür bəyanatları İrəvanın xarici siyasət kursunda Rusiyadan uzaqlaşmaq və Qərblə daha yaxın inteqrasiyaya yönəlmək istəklərinin açıq göstəricisidir.

 

Musavat.com

Seçilən
0
1
musavat.com

2Mənbələr