Finlandiyada aparılan araşdırma ağızda olan bəzi bakteriyalar birbaşa infarkta səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, Tampere Universitetinin alimləri 200-dən çox ürək-damar xəstəsinin damar lövhələrini təhlil edərək onların mühüm hissəsində ağız bakteriyalarının genetik izlərini aşkarlayıblar.
Mütəxəssislərin sözlərinə görə, bu bakteriyalar stress və digər amillərin təsiri ilə iltihab yarada, lövhənin qopmasına və nəticədə infarkta səbəb ola bilər.
Tədqiqatçılar bildiriblər ki, ağız sağlamlığı ürək sağlamlığı üçün gözləniləndən daha böyük əhəmiyyət daşıyır.