AZ

"Habertürk" və "Show TV"yə həbs qoyulmasının TƏFƏRRÜATLARI

Türkiyənin İstanbul şəhərində "Can Holding"ə qarşı aparılan araşdırma çərçivəsində "cinayət təşkilatı qurmaq", "vergi qaçaqçılığı", "dələduzluq" və "çirkli pulların yuyulması" ittihamları ilə 121 şirkətin əmlakına həbs qoyulub, 10 şəxs barəsində isə saxlanma qərarı verilib.

BAKU.WS xəbər verir ki, bu barədə Küçükçekmece Baş Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı müəyyən olunub ki, Can Holding-ə bağlı şirkətlər vasitəsilə cinayət şəbəkəsi yaradılıb. Bu şəbəkə vasitəsilə ixtisaslı dələduzluq, vergi qaçaqçılığı, qeyri-müəyyən gəlirlərin şirkət hesablarına daxil edilməsi və cinayətdən əldə edilən gəlirlərin yuyulması kimi çoxşaxəli əməliyyatlar həyata keçirilib. Araşdırmalar Maliyyə Cinayətlərini Araşdırma Komitəsi (MASAK) və maliyyə audit bölmələrinin hesabatları əsasında başlanıb.

Bundan əlavə Türkiyə Varlıq Fondu (TMSF) da Can Holding-ə nəzarət təyin edib. Fonddan bildirilib ki, bütün şirkətlərdə güvən və stabillik qorunacaq. TMSF-nin məqsədi bütün işlərin problemsiz davam etməsini təmin etməkdir. 12 saat davam edən axtarışlar tamamlanıb və jandarma qüvvələri "Habertürk" binasını tərk edib.

Qeyd edək ki, Küçükçekmece Baş Prokurorluğu Can Holding sahibləri Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ daxil olmaqla 10 şəxs üçün saxlanma qərarı verib.

Araşdırma çərçivəsində, Can Holding-ə bağlı Habertürk və Show TV başda olmaqla 121 şirkət və onların əmlakları TMSF-yə təhvil verilib və şirkətlərdə axtarışlar davam edir.

Araşdırmada həmçinin məlum olub ki, şirkətlər arasında böyük məbləğdə qeyri-müəyyən pullar köçürülüb, bu pulların izləri müxtəlif şirkətlər arasında transfer edilərək gizlədilməyə çalışılıb, sənədsiz əməliyyatlar və saxta sənədlərlə vergi öhdəlikləri azaldılıb.

Təşkilatın rəhbərləri Kemal Can və Mehmet Şakir Can eyni fəaliyyət sahələrində çoxsaylı şirkətlər yaradaraq nəzarət və izləmə mexanizmlərini çətinləşdiriblər, idarə heyətlərində dəyişikliklər edərək məsuliyyəti üzvlər arasında paylayıblar və bu yolla hüquqi sanksiyalardan yayınmağa çalışıblar.

Qəyyum kimi təyin olunan şirkətlərdən bəziləri aşağıdakılardır:

Habertürk Gazetecilik

Ciner Media TV Xidmətləri

Show Televiziya Yayımçılığı

Boğaziçi Radio Televiziya Yayımçılığı və Reklamçılığı

Enerji Neft Məhsulları Pazarlama

Doğa Məktəbləri İdarəçiliyi

Bilgi Doğa Təhsil İdarəçiliyi

Turktobacco Siqaret Daxili və Xarici Ticarət Pazarlama

HT İdman Televiziya Yayımçılığı

Bosphorus Media Group Radio və Televiziya Yayımçılığı Anonim Şirkəti.

Bundan başqa, ticari fəaliyyəti olmayan şirkətlərdə nağd kapital artırımı aparılıb, bu kapital artımının mənbəyi kimi isə ortaq borcları göstərilib. Lakin bu borclar həqiqəti əks etdirməyib və həmin məbləğlər şirkətə geri yatırılıb. Aparılan əməliyyatlar qanunun məqsədinə zidd olaraq cinayətdən əldə edilən gəlirin sistemə daxil edilməsi və yuyulması kimi qiymətləndirilir.

Seçilən
9
far.az

1Mənbələr