AZ

Polşa Belarusla sərhədi bağlamaqla Avropada gərginliyi artırmağa çalışır – Rusiyanın absurd iddiası

Rusiya Federasiyası Polşanı Belarusla sərhədin bağlanmasının nəticələri barədə düşünməyə və qərara tez bir zamanda yenidən baxmağa çağırır.  Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd edək ki, Polşa sentyabrın 12-si saat 00:00-dan etibarən Belarusla sərhəddə avtomobil və dəmir yolu keçid məntəqələri də daxil olmaqla, bütün keçid məntəqələrini bağlamaq qərarına gəlib.

Rusiyanın bu qərardan ciddi narahat olduğunu Zaxarovanın fikirlərindən açıq görmək mümkündür: "Biz Varşavanı bu cür dağıdıcı addımların nəticələri barədə düşünməyə və qərara mümkün qədər tez yenidən baxmağa çağırırıq".

O iddia edib ki, Polşa rəhbərliyinin Belarusla sərhədi bağlamaq qərarı Varşavanın beynəlxalq tərəfdaşlarına ciddi ziyan vuracaq: "Polşanın birtərəfli hərəkətləri onun Polşa-Belarus sərhədindən ticarət üçün istifadə edən beynəlxalq tərəfdaşlarına ciddi ziyan vuracaq. Eyni zamanda həm Polşanın müttəfiq ölkələrindən olan sahibkarlar, həm də milli bizneslər Varşavanın hazırkı hakimiyyətinin siyasi ambisiyalarının qurbanı olacaqlar".

Zaxarovanın düşüncəsinə görə, Polşa rəhbərliyi Belarusla sərhəddəki keçid məntəqələrini bağlamaqla Avropanın mərkəzində gərginliyin daha da artması siyasətinə haqq qazandırmaq istəyir: “Aydındır ki, Polşa rəhbərliyinin atdığı qarşıdurma addımları bir vəzifəyə - Avropanın mərkəzində gərginliyin daha da artması siyasətinə haqq qazandırmağa tabedir”.

 

Musavat.com

Seçilən
0
2
musavat.com

4Mənbələr