AZ

“Beşiktaş”ın futbolçusu Yunanıstan yolunda

“Beşiktaş”ın heyətində düşünmədiyi Joao Marioya Yunanıstandan təklif gəlib.

İdmanxeber.az xəbər verir ki, Yunanıstan təmsilçisi AEK 32 yaşlı portuqaliyalı yarımmüdafiəçini icarəyə götürmək üçün hərəkətə keçib və artıq tərəflər arasında razılaşma əldə olunub. Bu barədə tanınmış jurnalist Fabrizio Romano məlumat yayıb.

Qeyd edək ki, Yunanıstanda transfer pəncərəsi sentyabrın 13-də bağlanacaq. “Beşiktaş”la daha 2 illik müqaviləsi olan Joao Marionun bazar dəyəri 2 milyon avro olaraq göstərilir.

 

Seçilən
63
1
idmanxeber.az

2Mənbələr