AZ

Mandandanın karyerası ərzində işlədiyi ən yaxşı məşqçi odur

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Karyerasını başa vurmuş Fransa millisinin və bir sıra komandaların sabiq qapıçısı Stiv Mandanda birlikdə işlədiyi ən yaxşı məşqçidən danışıb.

İdman.biz bildirir ki, Mandanda bu mənada Fransa millisinin baş məşqçisi Didye Deşamın adını çəkib.

"Mən heç vaxt onun kimi məşqçiyə rast gəlməmiçəm. Seçməli olsam Deşamın adını çəkərdim. O, qalib gəlməyin yolunu bilir. DÇ-2018-də Avstraliya ilə matçdan (2:1) sonra onun şərhini xatırlayıram. İnanılmaz bir şey idi.

Hər kəsin gözü qarşısında səhv olan hər şeyi dedi və səy göstərməyən bütün oyunçuları barmaqla göstərdi. İlk dəfə idi ki, onun bunu etdiyini görürdüm. Bu, həmin turnirdə komanda üçün dönüş nöqtəsi oldu”, - Mandanda deyib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
icma.az

2Mənbələr