AZ

Tramp artıq görməlidir ki, Putin onu ələ salır – Polşalı nazirdən sərt çağırış

ABŞ prezidenti Donald Tramp artıq görməlidir ki, Vladimir Putin onu ələ salır və Ukraynaya qarşı müharibəni bitirmək fikrində deyil. Musavat.com RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski PBS telekanalına müsahibəsində deyib.

Sikorskidən Trampın gec-tez Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gələcəyinə inanıb-inanmadığı soruşulub: "Prezident Trampın Putinin onu ələ saldığını görməsinin vaxtı çatıb. Alyaska sammitindən əvvəl gözlənilən atəşkəs və ciddi sülh danışıqları əvəzinə Putin getdikcə daha çox pilotsuz təyyarələr buraxır - əvvəlcə Ukraynaya, indi isə NATO-ya qarşı".

Polşanın xarici işlər naziri ümid edir ki, bu prosesin sonunda “biz ciddi əlaqələndirilmiş hərəkətlər görəcəyik ki, Putin onun Rusiya imperiyasını dirçəltmək üzrə ekzotik layihəsinin heç bir şansının olmadığını başa düşsün”.

Sikorski qeyd edib ki, Polşa Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə dayandırmaq cəhdlərinə hörmətlə yanaşır və təbii ki, Ukrayna üçün tezliklə sülhün bərqərar olmasını arzulayır: "Ancaq bizim fikrimizcə, Putin yalnız güclü addımlara cavab verəcək. Putin çox uzun müddətdir ki, prezident Trampın xoş niyyətindən sui-istifadə edib".

 

Musavat.com

 

 

Seçilən
1
musavat.com

1Mənbələr