AZ

Səidə Bəkirqızı işdən niyə çıxıb? Jurnalistdən EKSKLÜZİV açıqlama

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xeyli müddətdir qaçqın və məcburi köçkünlərlə bağlı fikirləri ilə gündəmdə olan Mediatürk.TV-nin aparıcısı Səidə Bəkirqızı barədə xəbərlər yayılıb. Bildirilir ki, jurnalist məhz bu səbəbdən işdən çıxarılıb. 

Globalinfo.az məlumatı jurnalistin özü ilə dəqiqləşdirib.

Səidə Bəkirqızı Mediatürk.TV-dən ayrılması ilə bağlı xəbəri təsdiqləyib və hələ avqust ayında işdən çıxması ilə bağlı rəsmi ərizə yazdığını bildirib. Məsələnin söylədiyi fikirlərlə əlaqəli olmadığını vurğulayan jurnalist yaxın zamanda “Space” televiziya kanalında işə başlayacağını qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
globalinfo.az

5Mənbələr