1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
2027-ci ildə Çempionlar Liqasının finalı Madriddə keçiriləcək.
Oxu.Az bu barədə UEFA-nın rəsmi saytına istinadla xəbər verir.
Turnirin həlledici qarşılaşması "Atletiko Madrid" futbol klubunun ev arenası olan "Metropolitano" stadionunda keçiriləcək.
Genişmiqyaslı yenidənqurmadan sonra Madrid stadionunun tutumu 70 min tamaşaçıdan bir qədər artıqdır.
Bundan əlavə, UEFA digər mötəbər klub turnirlərinin keçiriləcəyi yerləri müəyyən edib:
"2026-cı ildə UEFA Superkuboku uğrunda matç Zalsburqda, 2027-ci ildə isə qadınlar arasında Çempionlar Liqasının finalı Varşavadakı Milli Stadionunda keçiriləcək.