AZ

ABŞ Dövlət Departamentinin rəsmisi Ermənistana səfər edib

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun direktoru Brendan Henrehen Ermənistana səfər edib.

Vaşinqtonun Ermənistandakı səfirliyinin yaydığı məlumata görə, Henrehen sentyabrın 11-12-də İrəvanda olacaq.

Səfirlik bildirib ki, səfər Birləşmiş Ştatlar və Ermənistan arasında regionda sülh və sabitliyin təşviqinə dair öhdəlikləri ön plana çıxarır. Məqsəd strateji tərəfdaşlığın əsaslarını gücləndirmək, ikitərəfli əlaqələri inkişaf etdirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdir.

Seçilən
19
anews.az

1Mənbələr