AZ

ABŞ la bağlı yayılan xəbər gündəmi silkələdi: Kiyevdə narahatlıq başladı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ukrayna hava hücumlarından müdafiə baxımından ABŞ texnologiyalarından kritik dərəcədə asılıdır.

Globalinfo.az “Bloomberg”ə istinadla xəbər verir ki, bunu Ukraynanın silah tədarükünə məsul yüksək səviyyəli rəsmisi Arsen Jumadilov bildirib.

“Ukrayna özünü hava hücumlarından qorumaq üçün yalnız ABŞ tərəfindən təmin edilə bilən sistemlərə ehtiyac duyur. Buraya “Patriot” hava hücumundan müdafiə sistemləri, elektron müharibə vasitələri və pilotsuz uçan aparatlara qarşı müdafiə texnologiyaları daxildir”, – Jumadilov qeyd edib.

O, həmçinin, ölkə rəsmilərinin ABŞ-ın hərbi yardım siyasətində mümkün dəyişikliklərdən ciddi narahatlıq duyduqlarını dilə gətirib.

Xatırladaq ki, ABŞ və Ukrayna daha əvvəl təxminən 100 milyard dollar dəyərində böyük hərbi sazişi müzakirə ediblər. Bu razılaşmaya görə, Amerika silahlarının tədarükü müqabilində Ukrayna bəzi hərbi texnologiyalar üzrə əqli mülkiyyət hüquqlarını ötürməli idi.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
globalinfo.az

1Mənbələr