AZ

Ərdoğan “dərin dövlət”i susdurdu, Tramp isə...

Türkiyədə “dərin dövlət” funksiyasını uzun illər ordu yerinə yetirirdi, ABŞ-da isə “ yeraltı güclər” konspirologiyadır, yoxsa reallıq, bunu dəqiq bilən yoxdur, amma son qətl...

ABŞ-ın mühafizəkar gənclər qrupunun yaradıcısı 31 yaşlı Çarli Kirkin nümayişkarənə (3 min adamın iştirak etdiyi mitinqdə) öldürülməsində Trampın prezident seçkisində iştirakını hər vasitə, hətta sui-qəsdlə durdurmağa çalışanların- yəni “dərin dövlət”in əli ola bilər. 

deep_1.jpg

“Dərin dövlət” konspirologiyadır, yoxsa reallıq, bunun məhz Amerika nümunəsi yoxdur. Amma məsələn, qardaş Türkiyədə “dərin dövlət” funksiyasını uzun illər ordu yerinə yetirirdi, kim hakimiyyətdən getməlidir, kim gəlməlidir onlar həll edirdilər. Tayyib Ərdoğan uzun mücadilədən sonra 2016-cı ilin 15 iyulunda “dərin dövləti”n son tör-töküntülərini də yıxdı, onun yerində öz hakimiyyətini qurdu. 

deep-state.jpg

Amerikada “dərin dövlət” varsa, bunkerdə oturub belə qərar verənlər kimlərdir: yəhudi milyarderlərmi, anqlosaklar lojasımı? ABŞ-da “dərin dövlət”in varlığının daha çox Tramp hakimiyyətində gündəmə gəlməsi necə, təsadüfdürmü? Bəlkə elə o “dərin dövlət”in başı özüdür?
Trampın ən fəal tərəfdarlarından və onun rəhbərlik etdiyi partiyada nüfuz sahibi Kirkin öldürülməsində “dərin dövlət”in əli olacağı iddiaları gündəmə gəlib. Halbuki Trampın ötənilki seçkidə iştirakına qarşı olan təkcə rəqib Demokratlar Partiyası deyildi, mərkəzçilər və hətta bəzi mötədil respublikaçılar da onun Ağ Evə qayıdışına qarşı idilər. 

w720h405fill.jpg

Trampın 2020-ci il seçkisində Amerika “dərin dövləti”nin imperialist düşüncəsinə zidd olan “ABŞ dünyada üstünə vəzifəsi olmayan işlərə müdaxilə etməyəcək” siyasətinə görə cəzalandırıldığı da yeni söhbət deyil. Trampın hüquqi əsaslarla, əsasən də tərəfdarlarının 2020 seçkilərinin nəticələrinə etiraz olaraq Kapitoliyada- Konqres binasında törətdikləri iğtişaşlara görə cəzalandırmaq mümkün olmadıqda, onu öldürmək, bəlkə də ağır yaralamaqla durdurmaq istədilər. Amerika belə sui-qəsdlərə öyrəş(diril)miş ölkədir. Trampa sui-qəsd baş tutsaydı, daha bir qətl dosyesini də “50 il məxfi saxlanlmaq şərtilə” FTB-nın arxivinə atacaqdılar. 

article-1351904-0CF92EC2000005DC-197_634x373.jpg

Onun hakimiyyətə yolunu kəsmək istəyən şərti “dərin dövlət” Trampın seçkidən ya vəlvələdən, ya zəlzələdən uzaqlaşdırılmasının nəticələrini yəqin ki, proqnozlaşdıra bilmədilər. Bir variant bu idi ki, Tramp seçkidən hüquqi yollarla uzaqlaşdırılsa, səsvermənin nəticələri, yəni növbəti prezidentin legimtimliyi şübhə altına düşəcəkdi. Trampın fiziki olaraq aradan götürülməsi isə tərəfdarlarını ayağa qaldıra, ölkəni xaosa sürükləyə bilərdi. Ona görə əsas versiya bu idi ki, “dərin dövlət” “Amerikanı daha güclü et” şərti ilə Trampın hakimiyyətə qayıtmasına razı oldu.

Doğurdan da, Bayden dönəmində ABŞ prezidenti bu qədər populyar deyildi. İndi dünyadakı kritik mövzularda Trampın sözü mötəbərdir, onun nə deyəcəyinə qulaq verirlər, böyük güclər onunla görüşməyə, anlaşmağa çalışırlar. Yenə deyilənləri diqqətə alsaq, inanmalıyıq ki, Tramp “dərin dövlət”lə razılaşmalara əməl etmir. Ölkədəki miqrantlarla bağlı sərt siyasət, Amerikanın “rəngini” təşkil edən afroamerikanlarla əvvəlki prezidentlik dönəmindəki ədavətin davamı pozulan anlaşmanın görünən tərəfləridir. 

пент.jpg

Tramp dövlətin gücünü öz gücünə çevirmək istəyir. Nobel Sülh mükafatına iddia, ABŞ-ın Avropadakı müttəfiqlərinə hərbə-zorba siyasəti, onlara “xərac kəsməsi”, ölkədə mühafizəkar baxışların gücləndirilməsi, liberalların isə bütün sahələrdə sıxışdırılması, eləcə də Ukrayna və Rusiya ilə münasibətlərdə gözlənilməz “U dönüşləri” “dərin dövlət”in Trampdan narazılığını artıra bilərdi.

Daha bir mühüm məqam. Tramp “dərin dövlət”in dünyada əsas silahlarından -illik büdcəsi təxminən 40 milyard dollar olan ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) birdəfəlik susdurmaqla “böyük daşları” yerindən tərpətdi. 

12bb7d43f688403a6aa1696496131e42.jpg

Trampın Ukrayna məsələsini tezliklə həll edəcəyinə “dərin dövlət”i inandırdığı ağlabatan deyil, çünki münaqişəni onlar başladıblar, tezliklə həll olunmayacağının da fərqində idilər. Ruslardan kimsə belə bir ağıllı fikir demişdi: “Nə qədər ki, ABŞ-ın “dərin dövlət”ində müharibə partiyası hakimiyyətdədir, Ukrayna-Rusiya münaqişəsi bitməyəcək”. Yəni Trampın bu münaqişədən tezliklə bezəcəyini və yenidən hər şeyin “müharibə partiyası”nın nəzəratinə keçəcəyini bilirdilər. 

abdde-unlu-cumhuriyetci-yorumcu-charlie-kirk-silahla-vuruldu-17575314713835.jpg

İndi Tramp nə Rusiyanı, nə Ukraynanı cilovlaya bilir. Əvvəlki kimi fəal deyil, amma özünə yeni “əyləncələr” də axtarır. Məsələn, Venesuela kimi...
Tramp Ağ Evdəki çıxışında hadisəni “iyrənc qətl, Kirki isə həqiqət və azadlıq uğrunda şəhid” adlandırıb. Tramp hücumu yalnız Kirkə qarşı yox, bütövlükdə ABŞ-a qarşı həyata terror kimi qiymətləndirsə də, bu qətlin ona da xəbərdarlıq olduğunun fərqindədir. 

Təsadüfi deyil ki, “Reuters” də Kirkin qətlini ABŞ-dakı dərin siyasi qarşıdurmalarla izah edib. “The Washington Post” Trampa edilən sui-qəsd cəhdləri ilə müqayisə aparıb. CNN isə ABŞ cəmiyyətində mövcud gərginliyin dərinləşəcəyini, qarşıdurmaların daha da kəskinləşə biləcəyi xəbərdarlığını edib.

“Dərin dövlət” varsa, onun növbəti addımının nə olacağını yəqin ki, çox gözləmək lazım olmayacaq...

 

Nazim SABİROĞLU,
Musavat. com

Seçilən
1
musavat.com

1Mənbələr