AZ

ABŞ Macarıstana Ukrayna ilə bağlı sülh səylərinin davam etdiriləcəyinibəyan edib

ABŞ dövlət katibi Marko Rubio macar həmkarı ilə telefon danışığında bildirib ki, Donald Tramp administrasiyası Ukrayna ətrafında sülhün bərqərar olunması istiqamətində səyləri davam etdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto “Facebook”da yayımladığı video-müraciətdə məlumat verib.

“Yaxşı xəbər odur ki, həmkarım Marko Rubio məni əmin etdi ki, Donald Tramp geri çəkilməyəcək. O, Mərkəzi Avropada mütləq sülhün bərqərar olunmasını istəyir”, – deyə Siyyarto vurğulayıb.

Macar nazirin sözlərinə görə, Budapeşt Trampın sülh təşəbbüslərini dəstəkləyir, lakin bir çox Avropa siyasətçiləri bu səylərə mane olurlar.

Qeyd edək ki, sentyabrın 7-də Macarıstanın baş naziri Viktor Orban Avropa liderlərini Moskvaya səfərə çağıraraq Rusiya ilə təhlükəsizlik sazişi imzalamağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, belə bir saziş Ukraynanın nə NATO-ya, nə də Avropa İttifaqına üzv olmasına imkan verməməlidir.

Orban daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni də sərt tənqid etmişdi.

Nuriyyə NATİQQIZI

Seçilən
1
1
redaktor.az

2Mənbələr