AZ

“Arsenal”da iki futbolçu məşqlərə qayıdıb

“Arsenal”ın müdafiəçisi Ben Uayt və yarımmüdafiəçi Kristian Norqor əsas komanda ilə məşqlərə qatılıb.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, buna baxmayaraq, komandada zədəli oyunçuların sayı azalmayıb. Cinah vingeri Bukayo Saka və müdafiəçi Vilyam Saliba hələ də məşqlərə qoşulmayıb.

Xatırladaq ki, Ben Uayt Premyer Liqanın ilk turunda “Mançester Yunayted”lə oyunda (1:0) zədələnmişdi. Kristian Norgor isə mövsüm başlayandan bəri hələ “topçular”ın heyətində rəsmi matça çıxmayıb.

London klubunun zədə siyahısında hücumçular Kay Haverts və Qabriel Jesus da yer alır. Hər iki futbolçunun dizində ciddi problem var və onların yaxın aylarda meydana dönməsi real görünmür.

“Arsenal” Premyer Liqanın IV turunda sentyabrın 14-də doğma “Emireyts” stadionunda “Nottingem Forest”i qəbul edəcək.

Seçilən
48
90deqiqe.az

1Mənbələr