AZ

FTB Kirkin qatilinin şəkilini paylaşdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Federal Təhqiqat Bürosunun (FTB) Solt-Leyk-Sitidəki ofisi siyasi xadim və ABŞ Prezidenti Donald Trampın silahdaşı Çarli Kirkin ehtimal edilən qatilinin fotosunu yayımlayıb.
Oxu.Az bildirir ki, müvafiq foto FTB-nin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Biz ictimaiyyətdən Çarli Kirkin qətlində əli olmaqda şübhəli bilinən şəxsin müəyyənləşdirilməsinə kömək etməsini xahiş edirik", - deyə paylaşımda vurğulanır.
Qeyd olunur ki, qətlin törədilməsində istifadə edilən silahın üzərində bir neçə yazı, o cümlədən inisiallar aşkar edilib.
Seçilən
46
2
oxu.az

3Mənbələr