AZ

Avropa Məhkəməsi Avstriyanın Macarıstana qarşı iddiasını təmin etdi: 12 milyard dollar kredit əldən çıxır

Avropa Məhkəməsi Macarıstan dövlətinin “Paks” atom elektrik stansiyasının genişləndirilməsi üçün verdiyi subsidiyaların Avropa İttifaqı qaydalarına uyğun olmadığına qərar verib.

Musavat.com
xarici agentliklərə istinadən xəbər verir ki, məhkəmənin qərarı rəsmi saytında dərc olunub.

Qərara əsasən "Ədliyyə Məhkəməsi ümumi məhkəmənin qərarını və Avropa Komissiyasının “Paks” AES-də iki yeni nüvə reaktorunun tikintisi üçün Macarıstana dövlət yardımının təsdiqlənməsi barədə qərarını ləğv edir.

Məhkəmə bildirir ki, yardımın təsdiqi ilə bağlı qərar qəbul etməzdən əvvəl AK təşəbbüsün Aİ-nin dövlət yardımı ilə bağlı qaydalarına uyğun olub-olmamasını yoxlamalı, həm də “iki yeni reaktorun tikintisi üzrə müqavilənin bağlanmasının Aİ-nin dövlət satınalmaları ilə bağlı qaydalarına uyğun olduğuna” əmin olmalı idi.

Beləliklə, məhkəmə Avstriyanın verdiyi apellyasiya şikayətini təmin edib və “Paks-2” AES-in tikintisinin maliyyələşdirilməsinə dair Rusiya-Macarıstan sazişinin Aİ qanunvericiliyinə uyğunluğu ilə bağlı hökmü dəyişdirib. Vyana daha əvvəl layihənin 12 milyard dollar məbləğində Rusiya krediti ilə maliyyələşdirilməsinin Avropa İttifaqının qaydalarını pozduğunu əsas gətirərək bu qərara etiraz etmişdi. 2022-ci ildə məhkəmə iddianı rədd edib, lakin Vyana sonradan apellyasiya şikayəti verib.

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr